CURAPROX diş məcunları

Diş məcunları

CURAPROX diş məcunları


Yabançı səslənən diş məcunu: laktoperoksidaza sistemi təbii müdafiyə funksiyasını gücləndirir. SLS-in olmaması, ağız xorası kimi qıcıqlandırmaların azalmasını təmin edir.

Mülayim diş məcunu, güclü ağız sağlamlığı

Bir diş məcunu nədən hazırlanmalıdır? Əslındə diş məcunlarında nə var? Hamısı lazımlı və xeyirlidirmi? Diş və interdental fırçalarımızın sırasına məntiqli bir əlvə-diş məcunu qoymağa qərar verdiyimizdə özümüzə bu sualları çox verdik. Bu diş məcunu digər məhsullarımız kimi olmalıdır: xoş, faydalı və zərərsız. Satışda olan bir çox diş məcunu yalnız diş aşınmasına səbəb olmur, eyni zamanda selikli qişa xorasını əmələ gətirə bilər. Araştırma və tədqiqat qrupumuz mükəmməl bir çıxış yolu tapdı: CURAPROX Enzycal diş məcunları.

Faydalı yardımçılar - Mülayim indi həqiqətən güclüdür: zərər vermədən  təmizləyir və fermentlər ilə gücləndirir.

Mülayim indi həqiqətən güclüdür: zərər vermədən təmizləyir və fermentlər ilə gücləndirir.

 

Zərərli ola bilən hər şey aradan qaldırılıb. Enzycal diş məcunları tüpürcəyin qoruyucu funksiyasını dəstəkləyir və heç bir aqressiv maddələr ehtiva etmir. Təcavüzkar köpükləndirici agent olan Natrium Lauril Sulfat, SLS, Enzycal-da neytral ilə əvəz edilmişdir. Biz həmçin nanə kimi efir yağlarının miqdarını minimuma endirdik və Enzycal Zero-da onlardan imtina etdik.RDA səviyyəsi də aşağıdır. Zərərli maddələr yerinə, Enzycal diş məcunlarının tərkibində laktoperoksidaza sistemi vardır ki, tüpürcəktə olan üç enzimi ehtiva edir - bu möcüzə mayə ağız higiyenasında diş minasını belə bərpa edir. Qoruyucu və bərpaedici funksiyalarına sahib olan və laktoperoksidaza sistemi ilə güclənən tüpürcək ayrıca ağız quruluğunu da önləyir. Enzikal diş məcunları sağlam diş, diş ətləri və ağız dadını hər zamankı qədər mülayim saxlayır - o qədər mülayım ki, ağız xoraları ilə mübarizədə yardımçı olur.

Faydalı yardımçılar - Selikli qişa SLS'dən nifrət edər

Selikli qişa SLS'dən nifrət edər

Natrium lauril sulfat (SLS) ağız hüceyrələrinə hücum edir. Bu qıcıqlanmaya və hətta ağız xoralarının formalaşmasına gətirib çıxarır. Buna baxmayaraq, demək olar ki, SLS bütün diş məcunlarında bir köpük agenti kimi istifadə olunur.

Faydalı yardımçılar - SLS sağlamlıq üçün nə qədərr zərərlidır?

SLS sağlamlıq üçün nə qədərr zərərlidır?

SLS-in ağız yolu ilə vücuda nüfuz etmə təhükəsi vardır. SLS-in səhhətə zərərli olmağı mübahisəyə səbəb olmaqla birliktə hələ isbatlanmamışdır. Bununla birlikdə qəribə olan şey, evlərdə istifadə edilən yuyucu vasitələrdə və yağlı döşəmələri təmizləmək üçün sənayedə istifadə edilən bir şeyin bütün diş məcunların tərkibində olmasıdır.

Enzikal-da SLS yoxdur, bu da xoralara daha az yol açar. Vücuda nüfuz edə biləcək və zərər verə biləcək şübhəli bir maddə yoxdur. Qısaca: Enzical diş məcunu, təbii və uzunmüddətli diş baxımını təmin edər.

Faydalı yardımçılar - Elektrikli diş fırçaları üçün idealdır

Elektrikli diş fırçaları üçün idealdır

SLS-i olmayan Enzycal, digər diş məcunları ilə müqyisədə köpüklənməz. Başlanğıcda, bu xoşagəlməz ola bilər, ancaq alışmak asandır. Başqa bir yararı vardır: köpüktə azalma Curaprox Hydrosonic kimi elektrikli bir diş fırçasının hidrodinamik təsirini artırır.

Faydalı yardımçılar - Laktoperoksidaza sistemi  tüpürcəyin təbii  müdafiyə təsirini gücləndirir

Laktoperoksidaza sistemi tüpürcəyin təbii müdafiyə təsirini gücləndirir

Enzycal diş məcunundaki laktoperoksidaza sistemi tüpürcəyin müdafiə təsirini təbii bir şəkildə artırır: bu enzimlər zatən tüpürcəktə mövcutdur. Vəzifələri, tüpürcəyin antibakteriyal və remineralizə funksiyalarını tənzimləmək və güçləndirməkdir.

Tüpürcək ağız sağlamlığı üçün çox vacibdir. Onun fermentləri və mineralları sayəsində tüpürcək diş, diş əti, dili və selikli qişanı bakteriyalardan və ərpdən qoruyur. Tüpürcək beləliklə ağız boşluğunda pH neytrallaşdırır, zərərli bakteriyalarla mübarizə edir(hətta virus və mantar infeksiyaları ilə) və ağız infeksiyalarının qarşısını almağa kömək edir.

Fermentlər və ftor kimi minerallar dişləri kariyesdən və diş ətlərini iltihabdan qoruyur, və beləliklə nəticədə parodontitə qarşı müdafiəni təmin edir.

Faydalı yardımçılar - Bu fermentlər necə işləyir?

Bu fermentlər necə işləyir?

Amiloqlükosidaza enzimi, qlukanları parçalayır (m.ü. ərp matriksdəki nişastalar). Əlavə olaraq tüpürcəkdə lakttoperoksidaza fermentinin təsirini artırır. Bir reaksiya olaraq hipotiosiyanit ionları, tiyosiyanat ionlarından və hidrogenium peroksiddən əmələ gəlir və bunlar mükəmməl bakteriostatik xüsusiyyətlərinə sahibdir. Enzycal diş məcunlarındaki mövcud üç enzim sayəsində bu laktoperoksidaza sistemi əlavə olaraq dəstəklənir və bakteriyaların artması təbii yolla məhdudlaşır.

Enzim 1 = Amiloglükosidaza: Poliqlukanları (ərp matriksini) glikozaya çevirir.

Enzim 2 = Qlükozoksidaza: ərp bakteriyaları ilə rəqabətdə glükozanı qlukonata çevirərək bakteriyaların yayılmasını azaldır.

Enzim 3 = tiyosiyanatla Laktoperoksidaza: Qlükozadan əldə edilən H2O2, tüpürcəkdə təbii olaraq mövcut antibakterial bir maddə olan hipotiosiyanatı əmələ gətirmək məqsədi ilə tiyosiyanat ilə reaksiyaya girir.

Natrium flüor ilə

Flüor, turşulara qarşı diş minasının müqavimətini gücləndirir. Bu müddətdə, flüor kalsiumdan yoxsul minanı bərpa edir. Flüor, zərərli ərp bakteriyalarının artmasını məhdudlaşdırır və beləcə kariyesin qarşısını alır.

Natrium flüorid ən sadə flüorid birləşməsidir. Bu sadəliyin mühüm faydası vardır: natrium flüorid ionlarının tez və asanlıqla diş minasında yer alması.

Natrium flüoridin digər bir səbəbi

Natrium flüorun əksinə, onun alternativi - amin flüor - ağızda cüzi turşuluq mühiti yaradır və bu, nadir hallarda ağız mukozasının qıcıqlandırılmasına səbəb ola bilər.

Bundan əlavə, amin flüor heyvan yağlarından alınan aminlerin hidroflüoridasiyası ile əmələ gəlir və biz təbii natrium flüorun daha çox cəlbediciliyini hiss etdik.

Faydalı yardımçılar - Flüorsuz diş məcunu?

Flüorsuz diş məcunu?

Bəli, Enzycal hər hansı bir flüor olmadan, yəni Enzycal Zero kimi də mövcuddur. Bu diş məcunu diş təmizləmə "mütəxəssislərinə"  və ya heç bir flüora üstünlük verməyən insanlar üçün uyğundur. Hər hansı bir nanə yağı ehtiva etmir və homeopatik müalicə zamanı istifadə üçün idealdır.

Faydalı yardımçılar - Bəyaz dişlərin Curaprox yolu

Bəyaz dişlərin Curaprox yolu

Curaprox, heç kimsənin əslində yerinə gətirəcəyini düşünməyən işləri həyata keçirən modaya uyğun yaşam tərzi məhsullarına sahibdir. Black Is White bu gerçəyin ən gözəl örnəyidir: atravmatik, təsirli, bəyənilmiş.

Ağız sağlamlığını qorumaq üçün ləkələr aşınma və ya kimyavi ağartma yerinə aktiv karbon ilə uzaqlaştırılır. Aktiv karbon, həm diş məcununun rəngini həm də adını verir: «Black Is White».

Əlavə: «Black White» hətta ağız boşluğunun sağlamlığını gücləndirir. Fermentlər beləliklə tüpürcək funksiyalarını dəstəkləyir; hidroksilapatit minanı remineralizə edir və dentin kanallarını bağlayır. Bütün bunlar SLS və triklozan olmadan baş verir.

Faydalı yardımçılar - Hidroksilapatit: Minanın əvəzedicisi qablaşmadadır

Hidroksilapatit: Minanın əvəzedicisi qablaşmadadır

Poladdan daha sərt və dişlər üçün xeyirli. Mineral hidroksilapatit (HAP), diş minasını tək başına flüora görə daha təsirli şəkildə sərtləşdirir. Flüoru ehtiva edən diş məcunu sadəcə flüor ionu üçün hidroksid dəyiştirerek mina turşusunu sabit hala gətirir və nəticə olaraq flüorapatiti mina səthində formalaşdırır.

Buna qarşı, əgər bir diş məcunu hidroksilapatiti ehtiva edirsə, mütəmadi istifadə dişlərin üzərinə yapışan mina qoruyucu bir qat əmələ gətirir. Dişlər mirvari kimi parlıldayır. Bu Curaprox-un «Black Is White» və «White Is Black» diş məcunlarına daxildir.

Faydalı yardımçılar - Minanın dostu

Minanın dostu

Bütün Enzycal diş məcunları aşağı abrazivlidir.  RDA 30 dəyəri ilə, onlar son dərəcə yumşaq təmizləyir. RDA 60 bir az daha güclü, lakin hələ də təhlükəsiz çərçivəsində təmizləyir.  RDA 90 və yuxarı diş məcunlarından qaçınmaq lazımdır.

Faydalı yardımçılar - Xoş mülayim dad

Xoş mülayim dad

Standart diş məcunları güclü bir dada sahibdilər - çox zaman hətta sizin dad alqınıza təsir edirlər. Qüvvətli dad qatqı maddələri, selikli qişanın qıcıqlanmasına və bəzən ağız xorasına səbəb ola bilərlər.

Enzycal diş məcunları standart diş məcunlarına görə əhəmiyyətli dərəcədə az efir yağı ehtiva edir . Dada təsir etmədən fərahlıq dadını almağa yetəcək qədər.

Enzycal Zero olduqca fərqli bir dada sahibdir. Nanə yağlarından arınmış olduğu üçün ləzzətində individualdır. Bununla birlikdə, Enzycal Zero-nu homeopatik xəstələrin vazkeçilməz ünsurlarından biri halına gətirəcək şey budur: nanə yağlarının olmaması Enzycal Zero-nun homeopatik müalicəyə təsir etməyəcəyi mənasına gəlir.

Əsas maddələr selikli qişaya zərər verə bilər. Enzycal diş məcunlarının mülayim dadı, beləliklə, onların gücünün bir ifadəsidir.

xs
sm
md
lg