TƏBƏSSÜMLƏ

Sərt və ya yumşaq tükcük?

CURAPROX CS 5460 diş fırçası: minlərcə yumşaq CUREN® tükcükləri ərp üçün sərtdir.

Xlorheksidinli sistem CURASEPT ADS - CURAPROX CS 5460 diş fırçası: minlərcə yumşaq CUREN® tükcükləri  ərp üçün sərtdir.

Yanlış fırça texnikasıyla birləşən sərt tükcüklər, diş ətinin çəkilməsində tez-tez günahlandırılır. Sərt diş fırçalarını üstün tutanlar, irəli - geri fırçalama yerinə, diş həkimlərinin tövsiyə etdiyi kiçik, dairəvi hərəkətlərlə təmizləsələr belə, tez-tez artıq təzyiqdən istifadə edirlər.

Özelliklə gənclər, diş əti xəttinə sərt diş fırçalarıyla zərər verirlər. Dişləri və diş ətləri üçün xeyirli bir şey etdiklərinə inandıqları üçün fəlakət baş verir. Özəlliklə gənclər ağız təmizliyinə çox diqqət edirlər və bu səbəblə sərt olan tükcüklər ile çox sərt və çox güclü fırçalama ilə sulkusa (diş əti xətti) zərər verirlər.

Xlorheksidinli sistem CURASEPT ADS - Sərt tükcüklər təzyiqi gücləndirir

Sərt tükcüklər təzyiqi gücləndirir

Diş əti və diş əti xəttinə orta sərt və ya sərt tükcüklər ilə artıq təzyiq uyğulandıqda zədə ortaya çıxar. Bu travmanın fərqi ondadır ki, hiss edilmir. Nəticələri: sulkus və diş əti yavaş yavaş geriləyir və zamanla diş boynu ortaya çıxar və ağrıya qarşı çox həssas olur.

Araşdırma, təhsil və təcrübə sahəsindəki diş həkimləri, yumşaq, incə tükcüklü diş fırçalarını tövsiyə edirlər: qıllar yumşaqdırsa, bir zərər verməzlər. Egər onlar üstəlik incədirlərsə, diş şırımına asan daxil olub zərərli bakteriyaları səliqə ilə xaric edirlər. Bu önəmlidir, çünki ulaşılmaz və asan zədə görən sahələr, bakteriyaların xüsusilə çox sayda toplandığı yerdir.

Xlorheksidinli sistem CURASEPT ADS - Yumşaq diş fırçaları üçün 5.460 səbəb

Yumşaq diş fırçaları üçün 5.460 səbəb

A CURAPROX CS 5460 ultra soft diş fırçası bütün bu meyarlara cavab verir. Onun qılları asanlıqla, zərər vermədən diş arasına və diş əti şırımına daxil olub, səliqə ilə təmizləyir. CURAPROX diş fırçaları CUREN® tükcüklərindən istifadə edir. CUREN® digər standart diş fırçalarında istifadə olununan neylondan tükcüklərindən xeyli az su hopdurur. CUREN®, diş fırçası başlığını yaş halda belə sabit tutur və onun formasını saxlayır.

Xlorheksidinli sistem CURASEPT ADS - Sıx, incə təmizləmə səthi

Sıx, incə təmizləmə səthi

Son dərəcə yüksək sayda tükcüklər kompakt bir fırça başlığına sıx yerləşdirilmişdir. Bu, yüksək səviyyəli səmərəliyi təmin edir: hər fırçalama hərəkəti ilə, bir CURAPROX CS5460 ultra soft, sərt diş fırçalarından daha çox ərpi çıxarır.

Bu doğru fırçalama texnikası ilə müşayiət olunursa, deməli mükəmməl ağız sağlamlığı üçün bir çox işlər görülüb.

xs
sm
md
lg