TƏLİMATLAR

Diş fırçası ilə düzgün təmizlik

Diş fırçası ilə düzgün təmizlik

Oyun bundan ibarətdir:

Fırçanı bir bucaq altında, yarısı dişlərdə yarısı da diş ətlərində yerləşdirin və təzyiq olmadan qısa dairəvi hərəkətlərlə təmizləyin. Gerçəkden də ehtiyac olan bu qədərdir

Əlbəttə, daha ətraflı təlimat var
Bununla birlikdə, ilk təlimatı uyqularsınızsa, doğru yoldasınız demektir: diş fırçalarımızdaki bir çox nazik CUREN® tükcüklərin sayəsində dişlərinizi və diş əti xəttini (gingival margin) təmizəmiş olursunuz. Xüsusilə orta və ya sərt tükcüklərlə göstərilən təzyiq tez-tez diş və diş ətinə zərərli ola bilər.

Ətraflı təlimat

Aşağıdakı təlimat düzgün diş təmizləməyə kömək edir. Heç bir təzyiq olmadan qısa dairəvi hərəkətlərə alışmaq lazımdır. Bununla birlikdə, eynı şey lıj və ya rəqs, qaçış və ya Nordic yürüyüşü üçün də geçərlidir: uyqulama mükəmməlləşdirir. Diş həkiminizdən təkmilləşmənizə nəzarət etməyi rica edin.

Təmizləmə sistemi

Daima eyni qaydaya uyun. Öncə hamısını xaricdən, sonra hamısını içəridən, sonra aşağı dişlər, daha sonra yuxarı.

Təzyiqsiz kiçik dairəvi hərəkətlər ilə

Unutmayın, bu diş fırçası hər hansı bir təzyiq uyqulandıqda belə dişlərinizi təmizləyir. Bu səbəbdən incə yanaşın.

Düzgün diş təmizliyi üçün təlim

Bu təmizləmə texnikası əczaçı və diş mütəxəssislərinin iştirakı ilə bizim iTop seminarlarda tədris olunur. Bu seminarlar hamıya açıqdır.

Xlorheksidinli sistem CURASEPT ADS - Alt sıradakı dişlər

Alt sıradakı dişlər

1. Mövqe: alt sıradaki dişlərin xaricindən başlayın. CS 5460 ultra soft-u ən arxa molyarın üzərində, yarısı dişin yarısı diş ətinin üstündə olaraq yerləşdirin. Fırça başlığını diş ətlərinə doğru 45 dərəcə altında tutun.  Bu qulağa daha çox asan gəlir, nəyinki: CS 5460 ultra soft səkkizbucaqlı tutacağı ilə, fırçanı doğru bucaq altında tutmanızı yüngülləşdirir.

Xlorheksidinli sistem CURASEPT ADS -

2. Xarici səthin ətrafında: fırçanı qısa dairəvi hərəkətlərlə arxa dişdən iki ön dişin qarşısından keçərək çənənin digər tərəfındəki arxa molyara doğru hərəkət etdirin. Beş ilə on arası sayıda bu qısa dairəvi hərəkətləri her bir dişdə cəmləşdirin. Kiçik süpürmələrlə arxa molyarın ətrafından dolaşın və alt sıradaki dişlərin içəri səthindən davam edin (bax 3.)

Xlorheksidinli sistem CURASEPT ADS -

3. Daxili səthin ətrafında: dairəvi kiçik və təzyiqsiz hərəkətlərlə başlanğıcdakı arxa molyara yetişincəyə qədər bütün dişlərin arxasından keçin (bax 1.)

Xlorheksidinli sistem CURASEPT ADS - Xüsusi hal: Son aşağı molyarın arkası

Xüsusi hal: Son aşağı molyarın arkası

4. Molyarın ətrafını qısa incə dairəvi hərəkətlərlə gəzin. Bu, CS 5460 ultra soft-u mümkün qədər şaquli olarak tutmağa yardımçı olar.

Xlorheksidinli sistem CURASEPT ADS - XÜsusi hal: Alt ön dişlərin arxası

XÜsusi hal: Alt ön dişlərin arxası

5. Mövqe: CS 5460-u mümkün olduqca şaquli olaraq tutun, beləcə ön dişlərin və diş ətlərinin bir qisminin örtülməsinə nail olun. Bu dik bucaq altında, fırçanı öncə yumşaq hərəkətlə dişin içinə, sonra digərində hərəkət etdirin. Bu şəkildə təmizlənməsinin səbəbi, fırçanı tutmak üçün sahənin çox dar olmasıdır. Bununla birlikdə, bu sahənin xüsusilə diqqətli bir təmizliyə ehtiyacı vardır, çünki ön dişlərin altında yer alan tüpürcək vəzi önəmli bir tüpürcək axışını həyata keçirir. Nəticə olaraq, bura ərpin ən çox inkişaf etdiyi yerdir.

Xlorheksidinli sistem CURASEPT ADS - Dişlərin üst sırası

Dişlərin üst sırası

6.  Xarici səthin ətrafı: Burada yenə, ən arxa molyarın xaricindən başlayın. CS 5460 ultra soft-u bucaq altında yerləşdirin və 1), 2) və 3) bölümlərdə göstərilən kimi təmizləmə işinə davam edin. Fırça başlığını diş ətlərinə qarşı cüzi bucaq altında tutun (təxminən 45 dərəcə); Fırçanı arxa molyardan kəsici dişlərdən keçərək çənənin digər tərəfindəki arxa molyara doğru qısa dairəvi hərəkətlərlə aparın. Qısa süpürmələrlə molyarın ətrafını dolaşın və diş sırasının daxilindən davam edin. Yenə heç təzyiq olmadan qısa dairəvi hərəkətlərlə başlanğıc molyara geri dönün.

Xlorheksidinli sistem CURASEPT ADS - Xüsusi hal: Arxa üst molyar dişlərin arxası

Xüsusi hal: Arxa üst molyar dişlərin arxası

7. Fırçanı molyar dişlərin ətrafında qısa incə dairəvi hərəkətlərlə gəzdirin. Bu, CS 5460 ultr soft-u mümkün qədər dik tutmağa yardımçı olar.

Xlorheksidinli sistem CURASEPT ADS - Xüsusi hal: Üst ön dişlərin arxası

Xüsusi hal: Üst ön dişlərin arxası

8. Dik bucaqlı, dairəvi hərəkətlər: ön dişlərin içərisini altdaki dişlərdəki kimi təmizləyin, bax. 4) və 5).SS 5460 ultra soft-u dik bucaq altında tutmanız diş və diş ətinin bir qisminin örtülməsinə səbəb olur. Daha sonra qısa dairəvi hərəkətlərlə fırçalayın, önce bir dişin içərisini, sonra digərinin

Xlorheksidinli sistem CURASEPT ADS - Çeynəmə səthləri

Çeynəmə səthləri

9. Uşaqlarda xüsusilə çeynəmə səthlərinə diqqət yetirmək lazımdır. Arxadan başlayın və qısa   irəli-arxaya  hərəkətlərlə yavaş-yavaş irəlləyin. Yaşın artmasıyla çeynəmə səthlərini daha az təmizləməyə ehtiyac yarana bilər. Lakin, bu dəyərləndirmə fərdi əsaslarla sadəcə bir diş həkiminə aiddir.

Hər bir şəxs fərqlidir

Hər ağız, hər diş və hər interdental sahə də. Buna görə, optimal diş təmizlənməsi fərdi anatomiya, yaş və hər bir şəxsin qabiliyyətinə adaptasiya olmalıdır. Məsləhət və təlim üçün diş mütəxəssislərinə yanaşın. Mükəmməl, effektiv və eyni zamanda incə fırçalanmanı yalnız bu barədə oxuyaraq öyrənə bilməzsiniz. Təcrübə mükəmməlləşdirir!

Peşəkar yardımı

Təmizlik texnikanız mütəmadi olaraq bir diş həkimi tərəfindən yoxlanılmalıdır. Onlar sizə hansı interdental sahələrdə diş sapı və hansı sahələrdə interdental fırçaların ideal bir seçim olduğunu tam olarak söyləyəcəklər.

xs
sm
md
lg