MƏQALƏLƏR

Diş əti xətti, ağız sağlamlığının qapısıdır

Bakteriyalar diş əti xəttində sürətlə yığılır və çətinliklə xaric edilir. Fırçalanmada yol verilən səhvlərin əksəriyyəti buradadır.

Faydalı yardımçılar - Bakteriyalar diş əti xəttində sürətlə yığılır və çətinliklə xaric edilir. Fırçalanmada yol verilən səhvlərin əksəriyyəti buradadır.


Diş və diş əti arası çuxur boyu  fırçalanma zamanı insanlar intuitiv olaraq daha çox təzyiqdən istifadə edir. Bu bir faktdır ki, bakteriyalar diş əti xəttində sürətlə yığılır, strukturlaşır və ərp əmələ gətirir. Və bu bir faktdır ki, qeyd olunan yerdən çətinliklə təmizlənir.

Faydalı yardımçılar - Hücumlar uzun müddət fərq edilmir

Hücumlar uzun müddət fərq edilmir


Artıq təzyiq zərər verir-xüsusilə sərt tüklü diş fırçalarının istifadəsi, diş ətlərini ilk zamanlarda hiss olunmayan zədələmələrinə gətirir. Bu zədələri diş ətlərin çəkilməsindən və diş boyunlarının çılpaqlanmasından sonra fərq  edirlər.

Diş əti xəttindəki ərp səliqə ilə təmizlənməlidir, əks halda yığılan qida və bakteriyalar diş çürümələrinə və diş əti iltihabına(gingivit) səbəb olur. Belə infeksiyalar zərər vericidir, çünki illər boyu hiyləgərcə parodonta hücum edib zəyiflədirlər.

Faydalı yardımçılar - Ürək təhlükədədir

Ürək təhlükədədir


Qayğısızdıq yalnız diş və diş ətləri üçün zərərli deyildir. Bakteriyal toksinlər ağızdan diş ətlərinə  və oradan qan dövranına daxil olarsa, ürəyə, ağciyərlərə, beyinə və immun sistemə təhlükə yarada bilər.

Ürək-damar xəstəliklərindən müdafiyə olmaq üçün ailə həkimləri sağlam qida, idman və düzgün diş baxımı tövsiyə edir.

Diş ətininin qayğısına xüsusi diqqət yetirən insanlar, parodont xəstəliyi və onun fəsadlarının riskini azaldır.

xs
sm
md
lg