MƏQALƏLƏR

Diş məcunu-faydalı köməkçiniz

Ftor, səthi-aktiv maddələr, enzimlər: məcunun tərkibində olan hər zaman faydalı deyil, lakin olmayanı çox zaman daha vacibdir.

Xlorheksidinli sistem CURASEPT ADS - Ftor, səthi-aktiv maddələr, enzimlər: məcunun tərkibində olan hər zaman faydalı deyil, lakin olmayanı çox zaman daha vacibdir.


Dişlərin fırçalanmasından sonra ağızda qəribə dad hiss edənlər məcunlarının içindəkilərinə fikir verməlidirlər. Ağız qurumasından, selikli qişa iltihabından, ağız xorasından əziyyət cəkənlər üçün bu olduqca vacibdir.Orada ftor vardır, lakin hansı ftor? Təmizləyici və köpükləndirici maddələr vardır, hansılardır? Və nə üçün CURAPROX diş məcunlarının  tərkibində həmçin enzimlər var?

Xlorheksidinli sistem CURASEPT ADS - Ftoridlər

Ftoridlər


Elmi ictimaiyyət bu məsələdə yekdildir: ftor kariyesdən effektiv müdafiyədir. Diş minasını bərpa edir, bərkidir və hətta antibakterial təsir göstərir. Yalnız amin fluoridin və ya natrium fluoridin üstün olmasında konsensus yoxdur.
Natrium ftorid iki elementdən əmələ gələn  ion birləşmədir. Amin ftoridlər isə heyvan piyindən alınan maddədir. Hər ikisi kariyesin profilaktikasında istifadə olunur. Natrium ftorid təbii məhsuldur və amin ftoriddəki qədər ftora sahibdir.

 

Nəyi seçməli: natrium ftorid yoxsa amin ftorid?


Amin ftorid bir müvəffəqiyyət hekayəsidir və ağızda qıcıqlanmadan ya xoradan əziyyət çəkməyənlərə amin ftorid tərkibli diş məcunlarının istifadəsini dayandırmağa ehtiyac yoxdur.
Amin ftorid nadir hallarda az dozalarda qıcıqlanma və ya xora səbəbi ola bilər. Buna baxmayaraq, amin ftorid kəsinliklə mümkün səbəb sayıla bilər. Birincisi, çünki amin ftorid zəyif turş mühit yaradaraq, ağız selikli qişanın qıcıqlanmasını tətikliyə bilər. İkincisi, amin ftorid yuyucu və köpükləndirici agent kimi fəaliyyət göstərir. Yuyucular adətən selikli qişanı qıcıqlandıırır.
Beləliklə, ağız selikli qişası  qıcıqlanmaya və hətta xoraya meyilli olan  insanlar daha diqqətli olmalı və natrium ftorid tərkibli diş məcunlarını tərcih etməlidirlər. Natrim ftorun turşuluq təsiri yoxdur; mənbəyi təbiidir və kariyesdən müdafiyəsi amin ftorid qədər təsirlidir. Fərq: natrium ftorid ağız selikli qişasını qıcıqlandırmır və xora yaratmır

Xlorheksidinli sistem CURASEPT ADS - Təmizləyici və köpükləndirici agentlər: aqressiv SLS

Təmizləyici və köpükləndirici agentlər: aqressiv SLS


Hər kəs şampun istifadəsindən sonra dəri quruluğu ilə tanışdır. SLS(natrium lauril sulfat) güvvətli tensid(yuyucu və köpükləndirici agent) olaraq şampun və diş məcunlarında istifadə edilir.
Güclü yağ sökücü olan SLS, hüceyrələrin lesitin təbəqəsinə hücum edir. Ən pis ssenaridə müdafiyəsiz qalan hüceyrələr ölür. Yaxşı halda dəri və selikli qişa qıcıqlanır. SLS ilə xoranın yaranmasında əlaqə sübut olmuşdur.

Tədqiqatlardan birində SLS-i güclü qıcıqlandırıcı kimi qimətləndirmək nəticəsinə gəlinmişdir. Toyuq yumurtalarında keçirilən araşdırmalarda müəyyən olmuşdur ki, hüceyrə membranlarında yığılan SLS, hüceyrələrin ölümünə gətirib çıxarır. Davam edən araşdırmalarda SLS-in diş əti qanamaları və ağız xorası ilə əlaqəsini üzə çıxarmışdır.

Hər zamankı kimi,sayılan doza səviyyəsidir. Çalışmalar göstərmişdir ki, 2% aşağı konsentrasiyalarda SLS zərərli deyil. Amma artıq risk nəyə lazımdır?

Üstəlik SLS-in  yağları sökməsi quruluq yaradır, bu da fırçalamadan sonra xoşagəlməz  hiss kimi özünü göstərir. 

Qoruyucu fermentlər

 
Tüpürcəyin antibakterial xüsusiyyətləri ağız müdafiyə sistemində çox vacibdir və təkmilləşdirilə bilər.
Tüpürcəyin təbii fermentləri diş məcununa əlavə edilsə, ağız boşluğunun müdafiyəsi daha da güclənər: diş çöküntüləri və ərp azalır, təbii remineralizasiya güvvətlənir.

 

Xlorheksidinli sistem CURASEPT ADS - Fermentlər: laktoperoksidaza sistemi

Fermentlər: laktoperoksidaza sistemi


Fermentlər, insan orqanizminin çeşidli biokimyəvi reaksiyalarını gücləndirən zülallardır. Enzycal-ın tərkibində amiloqlükozidaza, qlükoseoksidaza və laktoperoksidaza kimi tüpürcək fermentləri vardır. Bu fermentlər ərp kimi çöküntülərin əmələ gəlməsini azaldır və, beləliklə, diş əti iltihabını önləyir. Fermentlər həm də oksidativ stressi azaldır.
Tüpürcəyin vacib qoruma təsiri gücləndirərək, təbii ağız florası dəstəklənir,  zərərli bakteriyalar isə yaxına buraxılmır.

 

xs
sm
md
lg