TƏBƏSSÜMLƏ

Diş fırçası və ya alma?

Geniş fikir yayılmışdır ki, alma, diş fırçası və məcun qədər dişləri yaxşı təmizləyir. Abartı olsa da, tam yanlış deyil.

Xlorheksidinli sistem CURASEPT ADS - Geniş fikir yayılmışdır ki, alma, diş fırçası və məcun qədər dişləri yaxşı təmizləyir. Abartı olsa da, tam yanlış deyil.

 Bir almanı fırçalamanın yerinə qoymaqda bir gerçək var. Əslində, bu meyvə sadəcə C vitamininə sahib deyil, eynı zamanda tərkibində bir çox mineral vardır. Və, yeməktən sonra almanı çeynəmək həqiqətən dişlərdəki səthi çöküntüləri təmizləyir.

Xlorheksidinli sistem CURASEPT ADS - Abraziv effekt

Abraziv effekt

Digər xırçıldayan meyvə və tərəvəzlər, misal üçün kərəvəz və ya kök, mini-diş fırçası kimi davranırlar. Meyvə və ya tərəvəz parçaları aşındırıcıdır və ərplə yüngül səthi ləkələri aradan götürür. Bu təmizləmə effekti, zəyif olmasına baxmayaraq çılpaq gözlə belə fərq edilə bilər.

Xlorheksidinli sistem CURASEPT ADS - Meyvə turşusu, diş minasına hücüm edir

Meyvə turşusu, diş minasına hücüm edir

Lakin, qida qalıntıları və bakteriyalar, alma və ya kök ilə diş əti xətti boyu çətin bölgələrdən xaric edilə bilməz. Meyvə və tərəvəzləri keçici olaraq - təmizlik komandasının ilk rezervi kimi istifadə etmək olar. Mütəmadi fırçalamanın yerini ala bilməzlər.

Əksinə, almalar, tüpürcüyü dəyişdirən, nəticədə diş minasına hücum edən turşuları ehtiva edir. Almalardaki meyvə turşusu, kariyes bakteriyaları üçün uyqun bir inkişaf şəraiti yaradır; Əmələ gələn turşu dişlərə zərər verir.

Dişlərin üzərində şəkər və turşu qalırsa, alma yemənin pozitiv effekti yox olur. Yəni, bir almanın aşındırıcı təmizləmə effekti istifadə ediləcəksə, almanı yedikdən sonra 30- 60 dəqiqədə diş fırçanıza və diş məcununuza yetişin.

Xlorheksidinli sistem CURASEPT ADS - Diş əti xəttinə diqqət

Diş əti xəttinə diqqət

Diş əti xəttini təmizləmək olduqça çətindir. Bakteriyalar, diş ilə diş əti arasındakı bu çuxurda xüsusilə sürətli bir şəkildə toplanır, strukturlaşır və ərp formalaşdırırlar. Alma burada təmizlik üçün uyğun deyildir. Əksinə, yumşak tükcüklərlə CURAPROX CS 5460 ultra soft diş fırçası, diş əti xəttinə asan və təzyiq etmədən yetişir.

Bu səbəblə, alma və kökünüzü, higiyenik məqsədi ilə deyil, bir mətbəx keyfi üçün evdə saxlayın.

xs
sm
md
lg