MƏQALƏLƏR

Tüpürcək, sağlamlığın təbii xidmətçisi

Müdafiə, bərpa və təmizlik: insan tüpürcəyi sağlam dişlər və selikli qişa sağlamlığının təbii xidmətçisidir


Hər bir insan gündə bir litrdən çox tüpürcək ifraz edir. Onun 99.4% sudur,  ağız boşluğunu nəm saxlayır və danışmağımıza, udmağımıza və dad almağımıza imkan verir.

Faydalı yardımçılar - Təmizlik taqımı

Təmizlik taqımı


Tüpürcək axarkən , bir təmizlik taqımı kimi, vacib olan yuma funksiyasını yerinə yetirir: qida qalıqları, mikroorqanizmlər və köhnə selikli qişa hüceyrələri yuyulub xaric edilir.
Tüpürcəyin bu funksiyası həlledicidir, çünki qida qalıqları nişasta və karbohidratlardan ibarətdir. Onlar tüpürcək tərəfindən yuyulub atılmasalar və şəkərə dönmələrinin qarşısı alınmasa, ciddi  kariyes riski daşıyırlar.


Faydalı yardımçılar - Zar

Zar


Mineral, protein və fermentlər tüpürcəyin qalan 0,6 faizini təşkil edir. Onlar qoruyucu və təmir funksiyalarını geniş təmin edir.Fırçalamadan sonra diş, diş əti və selikli qişa üzərində toplanan zar zülallardan, qlikoproteinlərdən, lipid və fermentlərdən ibarətdir və əsasən bakteriyasızdır.

Bu zar təbəqəsi önəmli müdafiyə vəzifəsini həyata keçirir: həm dişlərin aşınmaya qarşı nəmli qorumasını təşkil edir və həm də her şeydən öncə bir gömrükçü kimi davranarak, hansı maddələrin diş minasına keçməsinə nəzarət edir.

Təəsüf, zar üzərində zamanla bakteriya örtüyü, başqa bir sözlə ərp ve ya biofilm əmələ gəlməkdədir. Bu səbəblə daimi ağız baxımı önəmlidir - en geç hər 24 saatdan bir dişlər ve diş arası boşluqlar kariyesə, diş əti iltihabına, periodontit ve dişlərin itirilməsinə qarşı diqqətlə ve səliqə ilə təmizlənməlidir. Bu işi görərkən, zar sayəsinde dişləriniz çox yaxşı qorunacaqdır.

Faydalı yardımçılar - Remineralizasiya

Remineralizasiya


Məsələn, zar mineralların keçməsinə imkan verir. Dişin dəfələrlə kalsium və fluorid ilə təchiz edilməsi olduqca vacibdir. Beləcə diş minası remineralizasiya olunur. Bu minerallar məcun tərəfindən cüzi miqdarda təmin edilir: onlar əsasən tüpürcəklə gəlir. Demək olar ki, tüpürcək ən yaxşı diş məcunudur.

Faydalı yardımçılar - Turşuların hücumu

Turşuların hücumu

Zar turşunu qorxuda saxlayır. Bu turşular minada kalsium, fosfat və fluoridi həll edir. Tüpürcək davamlı bu mineralları əvəz etməsəydi, diş tezliklə həll olunacaqdı. Onun bikarbonat tərkibi sayəsində, tüpürcək ağızda demineralizasiya və remineralizasiya arasında balansı qorumaq üçün bir turşu buferi kimi çıxış edir. Zarın bu  turşudan müdafiəsi adətən kifayət qədər yaxşı işləyir, lakin gündə bir neçə dəfə və qısa fasilələrlə güclü turşular ilə qarşı-qarşıya qalarsa, zar tez gücünü itirir. Bu tip turşulara meyvə şirələrində, cola və ya enerji içkilərində rast gəlinir.

Faydalı yardımçılar - İlk həzm

İlk həzm

Tüpürcəkdə olan fermentlər əvvəlcə, "maddələr mübadiləsi üçün motor şamlarını atəşləndirir": onlar uzun nişasta zəncirləri və protein molekullarını qıraraq, tərkibləri olan glükoza və amino turşulara bölür. Daha yaxşı çeynəmək daha çox qidanı həzmə hazırlamaq deməkdir və mədənin işini daha faydalı etməkdir.

Faydalı yardımçılar - Bakteriya, mikoz və viruslara qarşı.

Bakteriya, mikoz və viruslara qarşı.

Digər tərəfdən, tüpürcək fermentləri arzuolunmaz mikroorqanizmlara qarşı gözəl təsir göstərir və beləliklə biofilm və ya ərp formalaşmasının qarşısını alır. Bunun üçün laktoperoksidaza sistemi xüsusi əhəmiyyət kəsb edir. Onun üç fermenti yalnız bakteriya ilə deyil, həm də mikoz və viruslarla mübarizə aparır.

Və mikroorqanizmlar tərəfındən turşu halına dönüşmədən öncə zərərli şəkəri davamlı olaraq parçalamış olurlar.
Bu səbəbdən dişlərinizi təmizləmədən yatmamalısınız. Çünki yatarkən tüpürcək kəskin azalır və turşu ilə mikroblar hardasa azadlığa çıxırlar.

Faydalı yardımçılar - Tövsiyələr

Tövsiyələr


Tüpürcəyin enzim qoruyucu funksiyası çoxlu miqdarda şəkər, turşulu içkilər, spirt və nikotin təsirindən pozulur. Bir az su, və ya daha yaxşı bir az süd, ağızın turşu səviyyəsini normallaşdırmaq üçün kömək edəcək.
Dişləri fırçalamadan əvvəl bir saat və ya yarım saat gözləmək tövsiyə olunur. Bu, turşu hücumları ilə yumşaldılmış diş minasını fırça ilə zədələməkdən qoruyur.

Faydalı yardımçılar - Həlimlik möhkəmlədir

Həlimlik möhkəmlədir

Demək olar ki, bütün diş məcunları SLS kimi çox aqressiv yuyucu və köpük agentlərini (natrium lauryl sulfat) ehtiva edir. Bunlar selikli qişaya hücum edib hüceyrələrin ölümünə səbəb olur. Həmçin tərkibində rahatsız edici efir yağları ola bilər. Bütün bunlar ağız boşluğunda təbii tarazlığın pozulmasına, qıcıqlanma və ağrılı xoralara gətirib çıxara bilər.

Faydalı yardımçılar - Diş məcunu  zərər verə bilər

Diş məcunu zərər verə bilər

Bu səbəblə uyğun bir diş məcunu seçmək son dərəcə önəmlidir: CURAPROX enzycal gibi diş məcunları incə, lakin effektiv bir məhsuldur.. Nə yuyucu ve köpük agenti olan SLS nə də son dərəcə qıcıqlandırıcı dad qatqı maddələri ehtiva etməz - hər ikisi də standart diş məcunlarında tez-tez rast gəlir. CURAPROX enzycal, vücudda en uyğun fiziyoloji yolla, laktoperoksidaz sistemini əmələ gətirən enzimatik qoruma sistemini və tüpürcək qoruma mexanizmini dəstəkləyir

xs
sm
md
lg