MƏQALƏLƏR

Dişlərimiz-hər tətəfdən təzyiq altında

Tonlarca qida parçaladılar, inanılmaz təzyiqlərə dözdülər və hələ də müdafiyəsizdirlər-stomatologiyadan qısa dərs

Faydalı yardımçılar - Tonlarca qida parçaladılar, inanılmaz təzyiqlərə dözdülər və hələ də müdafiyəsizdirlər-stomatologiyadan qısa dərs


İnsanların 32 dişi var. Hər biri işini görür və daimə təzyiq altındadır. Sadəcə çeynəyəndə dişə 30 kg güc düşür-gündə bir neçə min dəfə.

Faydalı yardımçılar - Tikilişi möhkəm, dayağı güvvətli

Tikilişi möhkəm, dayağı güvvətli


Dişlərin fərqli vəzifələri vardır: kəsicilər qidanı doğrayır. Ən böyük tac və uzun kökə malik köpək dişləri parçaları qoparır. Kiçik azı dişləri qidanı gobud şəkildə xırdalayır, böyük azı dişləri isə tam üyütmə funksiyasını yerinə yetirir. Bunlar olduqca böyük təzyiq etməlidirlər və bir neçə kökə malikdirlər. 
Təbii dişlər mükəmməl yaradılmışdır. Mina diş tacının xarici örtüyüdür və insan orqanizminin ən möhkəm substansiyasından ibarətdir. Əsas komponentləri kalsium fosfat və kalsium karbonatdır ki, ftorun sayəsində xüsusi sərtlik qazanırlar.
Diş əti həssas diş boyunu qoruyur və dişi çənədə tutur. Tüpürcək bakteriyaları, qida parçalarını  yuyub aparır və sonra qoruyucu qat əmələ gətirib enzimləriylə  zərərli bakteriyaları qovur.

 

Yenə də zəyif


Dişlər asanlıqla hücuma məruz qala bilərlər. Bakteriyalar ifraz etdiyi turşularla  mineralları dişlərdən yuyur. Buna baxmayaraq, meyvə şirəsi kimi qida məhsullarının turşuları tüpürcək tərəfindən neytrallaşırlar. Tüpürcək  vəzifəsini yerinə yetirənə qədər, yeməkdən sonra dişlərin fırçalanmasına    30-60 dəqiqə gözləməyin mənası vardır.
Hətta artıq abrazivli diş məcunları minanı daimə aşılanmağa məruz qoyurlar. Açılmış diş boyunları çox zaman sərt fırça ilə sürtmənin nəticəsidir: yavaş, lakin inadla diş ətləri çəkilir.

xs
sm
md
lg