Xlorheksidinli sistem CURASEPT ADS

CURASEPT ADS®

Xlorheksidinli sistem CURASEPT ADS


Bəzən, misal üçün, əməliyyatdan sonra,  xloheksidin(CHX) vasitəsilə ərpə kimyəvi nəzarət etmək qaçınılmazdır. Curasept ADS® diş rəngini və dad alqısını dəyişməyən CHX preparatıdır. Həmçin tərkibində hyaluronik turşusu(HA) və polivinilpirrolidon asetat(PVP-VA) vardır.

Ərpə kimyəvi nəzarət

Yüksək səmərəli xlorheksidin CHX ağız qarqarası məhlulu.  ADS® Anti-Discoloration System sayəsində minimuma endirilən əlavə təsirlər: heç dərəcəsində qəhvəyi rəngdəyişmə, minimum dad dəyişməsi və maksimum CHX effekti.

Tam CHX effekt, minimum yan təsir, maksimum uyğunluq

CURASEPT ADS® üzərində aparılan  ikiqat, hətta üçqat  kor randomizə tədqiqatlar  CHX və ADS® (Anti-Discolouration System) hər ikisinin effektivliyini təsdiq edir. Bu nəticələri stomatolqların gündəlik təcrübəsi dəstəkləyir və onlar pasientlərinə daha çox  CURASEPT ADS® məsləhət görürlər.



Faydalı yardımçılar - Daha çox

Daha çox


Nə üçün stomatoloqlar xlorheksidinli müalicə zamanı daha çox CURASEPT ADS®-ə üstünlük verirlər? Çünki, doğrudan da xəstələr tərəfindən CHX terapiyasını həyata keçirəcəklərindən  əmin olmaq istəyirlər. Digərlərindən fərqli olaraq, CURASEPT ADS® dadı dəyişmir, dişləri xoşagəlməz qəhvəyi rəngə boyamır. Bakterial ərpə qarşı  qətiyyətlə mübarizə aparır. Faydası iki və üç qat randomizə kor tədqiqatlarda təsdiqlənib. Nəticə: CURASEPT ADS®  yüksək uyğunluq göstərir.

Faydalı yardımçılar - CURASEPT ADS® – uzunmüddətli təsirli  sistem

CURASEPT ADS® – uzunmüddətli təsirli sistem


Diş həkimliyi xlorheksidinsiz düşünülə bilməz: CHX qüvvətli antibakterial xüsusiyyəti ilə bərabər yüksək substantivliyə sahibdir,  uyğulandığı yerdə qalıcı və uzuntəsirlidir.  Bu, xlorheksidinin uzunmüdətli effektidir. Biz bu effektin yedəyini yaratmaqda yanılmadığımızı hesab edirik.Xlorheksidin və ADS® tərkibli və SLS-siz  məcun: SLS(Natrium lauril sulfat) CHX-in təsirini zəyiflədir. SLS bütün diş məcunlarının tərkibində olan şübhəli köpükləndirici maddədir. CURAPROX SLS-dən tam azaddır.

Əlavə olaraq HA və PVP-VA

Curasept ADS® Implant və Curasept ADS® Perio tərkiblərində, əlavə olaraq,  hyaluronik turşusu (HA) və polivinilpirrolidon-vinil asetat (PVP-VA) ehtiva edir.

Faydalı yardımçılar - HA və PVP-VA ilə: Curasept ADS® Implant və Curasept ADS® Perio

HA və PVP-VA ilə: Curasept ADS® Implant və Curasept ADS® Perio


2015 ildə biz yeni nəsil CURASEPT ADS® qarqara məhlullarının istehsalına başladıq. Tərkibində hyaluronik turşu və PVP-VA kimi təsiredici maddələr vardır. Bu komponentlər diş, diş əti və selikli qişa üzərində qoruyucu təbəqə əmələ gətirir, toxumaların bərpasını sürətləndirir, iltihabı aradan götürür. CURASEPT ADS® Perio və CURASEPT ADS® İmplant məhlulları ərpin əmələ gəlməsinin qarşısını alır, selikli qişanın müdafiyəsini və regenerasiyasını həyata keçirir. HA və PVP-VA maddələrin heç bir əlavə təsiri yoxdur və yüksək gündəlik dozalarda belə təhlükəsizdirlər.

Faydalı yardımçılar - Hyaluronik turşusu: antibakterial və toxuma-stabilləşdirici təsir

Hyaluronik turşusu: antibakterial və toxuma-stabilləşdirici təsir


Hyaluronik turşusu(HA) diş ətinin birləşdirici toxumasında və ekstrasellülar matriksdə meydana gəlir. Antimikrob təsiri vardır və bakterial müdaxiləyə qarşı immun sistemini aktivləşdirir.  HA toxumaları stabilləşdirir, ödemə qarşı effektlə yaraları sağaldır. Həmçin selikli qişa üzərində qoruyucu təbəqə əmələ gətirərək, toxumaların  üst qatının nəmli qalmağını saxlayır. Hyularonik turşusu, nəmin nəqlini cərrahi əməliyyatda zəyifləmiş  toxumalara   təmin edir, bununla da onları yemək zamanı qıcıqlanmaqdan müdafiyə edir. HA ayrıca, toxumaların artması və stabilləşməyi sayəsində sağalmanı sürətləndirir, infeksiyadan qoruyur və yan təsir riskini azaldır.

PVP-VA: mukoadheziv təsir

Polivinilpirrolidon-vinil asetat (PVP-VA) yüksək adhezivli polimerdir və nəinki diş, həmçin diş əti və selikli qişa  üzərində qoruyucu təbəqə əmələ gətirir. Bu qoruyucu qat cərrahi əməliyyat sonrası zədələrin, qıcıqlanmaların sağalmasında olduqca vacibdir. Mexaniki müdafiyə bakteriyaların toplanmasının qarşısını alır və sağalma müddətində infeksiya riskini heçə endirir.  

Curasept ADS® Perio və Implant – üstünlükləri:

• HA  regenerasiyanı təşviq edir 
• PVP-VA diş, diş əti və selikli qişa üzərində qoruyucu təbəqə formalaşdır 
• CHX, orta  və ya yüksək dozada, ADS®-in təklif etdiyi bütün üstünlükləri ilə 
• Yüksək səviyyədə uyğunluq
• Tərkibində spirt yoxdur

Faydalı yardımçılar - Tam CHX effekt və  minimum əlavə təsir

Tam CHX effekt və minimum əlavə təsir

Tədqiqatlar CURASEPT ADS®-in effektiv olduğunu göstərir.Bunlar standart  elmi tədqiqatlardır: ciddi nəticələr əldə etmək məqsədi ilə çox sayda iştrirakçının qatıldığı randomizə, iki və hətta üçqat kor araşdırmalar.

Misal üçün, bu tədqiqatlardan üçü (Cortellini, Basso and Bernardi)  aşağıdakı nəticələrə gəlmişdir:

  • CURASEPT ADS®,  CHX qarqara məhlulunun vəzifəsini yerinə yetirir. 
  • Əlavə olaraq, CURASEPT ADS®  nadir hallarda qəhvəyi rəng dəyişikliyi verir.
  • CURASEPT ADS® nadir hallarda dad dəyişikliyi verir. 

Tədqiqatların özəlliklə randomizə iki və hətta üçqat kor olmalarının bir yönü vardır. Digəri odur ki, nəinki İsveçrədə, bütün dünyada CURASEPT ADS® -i istifadə edən çox sayda diş həkimi var.  

Santos: CURASEPT ADS®

«Xroniki parodontit xəstələrin dişlərində  ADS  qarqarası  daha az  rəngdəyişikliyi törədir, və 0.02% xlorheksidin məhlulunun 15 gün müddətli istifadəsinin antiərp və antigingivit təsirinin eynisini göstərir.» Santos (2011) xroniki parodontit xəstələri üzərində  ikiqat kor, randomizə, çarpaz müqayisəli tədqiqat (Carols Solis, Antonio Santos, Jose ́ Nart, Deborah Violant: 0.2% Chlorhexidine Mouthwash With an Antidiscoloration System Versus 0.2% Chlorhexidine Mouthwash: A Prospective Clinical Comparative Study, Journal of Periodontology 2011, Vol. 82, No. 1, 80-85)

Cortellini: CURASEPT ADS®

“Xlorheksidin  ADS məhlulu,  yalnız xlorheksidin tərkibli məhlul ilə müqayisədə, diş əti iltihabı əlamətlərinin azaldılmasında eyni effektivdir.” Cortellini in a cross-over, randomized, triple-blind clinical single-centre study (CORTELLINI P, PINI PRATO G, TONETTI M ET AL. Chlorhexidine with an Anti Discoloration System after periodontal flap surgery: clinical trial. J Clin Periodontol 2008; 35: 614-620)

Bernardi: CURASEPT ADS®

“İki həftədən sonra, yalnız xlorheksidin və xlorheksidin+ADS qarqara məhlulların  arasında Ərp və Gingival İndeksə dair heç bir diqqətə çəkən fərq qeydə alınmamışdır”. Bernardi in a randomised, cross-over, double-blind, controlled international study (BERNARDI F, PINCELLI MR, CARLONI S ET AL. Chlorhexidine with an Anti-Discoloration System. A comparative study. Int J Dent Hyg. 2004; 2: 122-6)

Basso: CURASEPT ADS®

“Ərp və Gingival Indeksi, adi xlorheksidin və xlorheksidin+ADS məhlulların hər ikisində analoji tendensiya göstərmişdir”. Basso in a randomised, cross-over, double-blind, controlled Italian study (BASSO ET AL. A modified mouthwash, to reduce the discoloration caused by chlorhexidine. Dental Cadmos, set 76 (7), 2008)

Faydalı yardımçılar - Curasept ADS® ailəsi

Curasept ADS® ailəsi

Hamısı bir yerdə: Ağız qarqarası məhlulu, Gel-diş məcunu, Gel və ağız Spreyi.

xs
sm
md
lg