MƏQALƏLƏR

Biofilm: dost düşmana çevrilir

Çay axınlardakı daşlar ilə dişlərin ortaq nəyi var? Hər ikisi biofilm ilə örtülmüşdür. Lakin daşlar yalnız sürüşkən olursa, biofilm diş üçün problemlər yarada bilər.

Xlorheksidinli sistem CURASEPT ADS - Çay axınlardakı daşlar ilə dişlərin ortaq nəyi var? Hər ikisi biofilm ilə örtülmüşdür. Lakin daşlar yalnız sürüşkən olursa, biofilm diş üçün problemlər yarada bilər.

Bu örtük sizi xəstə edə bilər - düzgün təmizlənməyəndə və ya onun laylı quruluşu pozulmadığı halda.
İlk növbədə, zar formalaşır. Tüpürcək zülallarından və digər komponentlərdən təşkil olunan bu incə təbəqə, bir neçə saat ərzində yenicə təmizlənmiş dişlərin üzərini örtür. Təbiətdəki çakıl daşlarındakı kimi, biofilm yaranır - qalınlığı yalnız bir neçə mkm, bakteriyadan azad və yaxalamaqla asan xaric olan.
Bu zar bir dostdur. İlkin biofilm dişləri ikiqat qoruyur: birincisi, turşu hücumundan və ikincisi, minanı çeynəmə zamanı aşınmadan.

Xlorheksidinli sistem CURASEPT ADS - Biofilmin toplanması

Biofilmin toplanması

Lakin zaman keçdikcə yaxşı pisə çevrilir - ən azı bu halda. Bakteriyalar tezliklə toplanmağa başlayır. Ərpin ilk qatı yaranmağa başlayır.
Ərp indi rahat inkişaf edə bilər, yeni mikroorqanizmlər toplanır və davamlı çoxalır. Yeni qatlar formalaşır, bu da ərpin "strukturlaşmış" olması deməkdir.

Xlorheksidinli sistem CURASEPT ADS - Dost düşmana çevrilir

Dost düşmana çevrilir

Bu strukturlaşmış ərp, bakteriyaları sadəcə bir-birinə birləşdirmək deyil. Əksinə, onlar xüsusi yaradılmış kanallar vasitəsilə, metabolik məhsullarla bir-birini təmin edən strukturlaşdırılmış icma təşkil edir. Zülal və karbohidrat zəncirlər formalaşır. Bu zəncirlər ərzaq ehtiyatları kimi xidmət göstərir və mexaniki möhkəmlik təmin edir. Hər iki metabolik məhsul və mexaniki möhkəmlik ərp üçün yaxşı, lakin ağız sağlamlığı üçün zərərlidir

Xlorheksidinli sistem CURASEPT ADS - Nəticələr: kariyes, gingivit, periodontit

Nəticələr: kariyes, gingivit, periodontit

Bu strukturlaşmış ərpin tərkibində çox miqdarda şəkər istehlak edən mikroorqanizmlər var. Bu mikroorqanizmlər şəkərlə qidalanaraq diş minasına hücum edən turşuları ifraz edə bilərlər: bunun nəticəsində mineral duzlar diş səthindən həll olunur və kariyes əmələ gəlir.

Bu metabolik məhsullar bizim immun sistemimizi qıcıqlandırır və hüceyrə divarının təbii parçalanma məhsulları ilə birlikdə gingivit kimi tanınan diş əti iltihabına səbəb olurlar. Müalicə olunmayan gingivit diş dəstəkləyici toxumanı məhv edən parodontitə çevrilə bilər. Bundan əlavə, ərp bakteriyaları güclü qoxulu kükürd birləşmələri yaradaraq, ağız qoxusuna tez-tez səbəb olurlar.

Xlorheksidinli sistem CURASEPT ADS - Ağız higiyenası bakteriya topluluğunu pozmaq deməktir.

Ağız higiyenası bakteriya topluluğunu pozmaq deməktir.

Bir diş fırçası, diş sapı ve interdental fırça sadəcə yeni formalaşmış ərpi deyil, eynı zamanda daha yaşlı strukturlaşmış ərpi də aradan qaldırır - və ya ən azından patogenetik strukturunu pozur.

Ağız higiyenası budur: laylı strukturlaşmış və öz-özünə kafi bakterial sistem hərtərəfli diş təmizlənməsi ilə pozulduğunda, biofilmin yenidən təşkil olunması üçün yalnız günlər çəkir - və onun təhlükəli mübadilə sistemi bir daha hərəkətə keçir.

xs
sm
md
lg