MƏQALƏLƏR

Bakteriyalar-ağız istilası

Kariyes, gingivit, parodontit-diş mütəxəssislərin sözləri hər kəsin dodaqlarındadır, lakin bu terminlərin mənası nədir?

Faydalı yardımçılar - Kariyes, gingivit, parodontit-diş mütəxəssislərin sözləri hər kəsin dodaqlarındadır, lakin bu terminlərin mənası nədir?


İnsanların ağzında təxminən 50 million bakteriya yaşayır. Ən təhlükəlisi streptokokklardır. Onlar diş səthinə yapışan çöküntülərdə uyğun mühit tapırlar və şəkər ilə qidalanırlar. Nəticədə üzvi turşu əmələ gəlir və o 2.5mm qalınlığındakı diş minasını həll edir. Mikroblar dentinə kimi daxil olarlarsa, bu zaman dəliklər yaranır. Müalicə olunmayanda diş pulpası iltihablanır və güclü ağrı baş verir.

Faydalı yardımçılar - Şəkərli qidalardan çəkinin

Şəkərli qidalardan çəkinin


Bu kimi bakteriyalar okklyuzial çuxurlarda, dişlərin arasında, diş əti xətti boyu-başqa sözlərlə, ən çətin təmizlənən və mikrobların inkişafına uyğun yerlərdə sığınacaq tapırlar.
Bakteriyalar karbohidratları turşuya çevirdikləri üçün,  şəkər(fruktoza və laktoza daxil) tərkibli qidalar və içkilər kariyesin yaranmasını təşviq edəcəklər. Əgər meyvə və meyvə suyunda mövcud olan turşular da buna əlavə olarsa, mina ikiqat təsirə məruz qalacaq.

 

Faydalı yardımçılar - Parodontit geniş yayılmışdır

Parodontit geniş yayılmışdır


Kariyes tək dişi çürüdürsə, parodont xəstəlikləri bütün dayaq apparatını sıradan çıxarır-öncə diş ətini, sonra çənə sümüyünü və diş kökünü sümüyə birləşdirən toxumaları. Parodont xəstəliklərinə bakteriyalar səbəb olur və onillərcə davam edir. Kariyesdən fərqli olaraq, parodontitin verdiyi zərər təmir olunmur və çox zaman dişin itirilməsiylə nəticələnir. Dahası: ürək-damar xəstəliklərin riski parodont xəstəlikləri ilə birlikdə artır.
Parodontitin ilk əlaməti diş ətinin iltihabıdır(gingivit). Diş əti qanamaları parodontitin açıq göstəricisidir. 40 yaşdan yuxarı insanların hər beşincisi bu xəstəlikdən əziyyət çəkir, parodontit səbəbindən itirilən dişlərin sayı kariyes səbəbindən daha çoxdur.

 

Faydalı yardımçılar - Profilaktikada pradiqmanın dəyişilməsi

Profilaktikada pradiqmanın dəyişilməsi


Aparıcı stomatoloqlar profilaktikada diqqəti parodont xəstəliklərinə qarşı mübarizəyə yönəltmişlər və öncəliklə parodontu qorumaq məqsədini güdürlər. Müasir parodont profilaktikası eyni zamanda kariyesin də qarşısını alır, çünki hər ikisinin məqsədi ərpi yox etməkdir. Sonda bu həm parodontitin həm də kariyesin səbəbidir.
Xüsusilə: dişləri və interdental məsafəni düzgün təmizləmək, dişlərin ömür boyu sağlam qalmasına şərait yaradır. Bunun üçün diş fırçası, interdental fırça və diş sapları tələb olunur.
Diş bərpa oluna bilər. Gingivit müalicə oluna bilər(asanlıqla fırça və diş sapı ilə). Lakin parodont xəstəlikləri müalicə olunmur. Baxım və  qayğı bu prosessin qarşısını ala bilmək üçün  ən yaxşı vasitədir.

 

xs
sm
md
lg